"Azərbaycan çar Rusiyasının tərkibində olanda İslamın başqa dinlə əvəz olunması üçün tədbirlər görülüb. Bunun da səbəbi bəlli idi".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini təhsil: mövcud vəziyyət və hədəflər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu, müstəmləkə siyasəti idi və təkcə Azərbaycana deyil, bütövlükdə İslam dünyasına qarşı yönəlmişdi: "Azərbaycanda İslam sahəsində dini mütəxəssislərin hazırlanması yeni hal deyil. Lakin həmin dövrlərdə məscidlərin fəaliyyətinin məhdudlaşdırılması bu işə maneə yaradırdı. Bu da dini təhsilin səviyyəsini aşağı salırdı. Yalnız II dünya müharibəsindən sonra bu sahə üçün geniş imkan yarandı. Çox az sayda insan dini sahədə təhsil ala bilirdi. Sovet dövründə Azərbaycanda cəmi 17-18 məscid fəaliyyət göstərirdi. Din deyəndə cənazə namazı və dəfni başa düşülürdü".
Dövlət Komitəsinin sədri əlavə edib ki, bu gün ölkədə fəaliyyət göstərən məscidlərdə çalışan din xadimlərinin bir hissəsi təhsil almış şəxslərdir: "Azərbaycanda yüksək ixtisaslı ali təhsil verəcək İlahiyyat İnstitu yaradılıb. Tək İslam dini ilə bağlı deyil, digər dinlərlə bağlı da təhsil veriləcək. Burada təhsil ödənişsiz olduğundan gənclərin xarici ölkələrə getməsinə lüzum qalmayacaq. Eyni zamanda, institutda həm bakalavr, həm magistr, həm də doktorantura pilləsi üzrə təhsilin olması planlaşdırılır. Bakı İslam Universiteti fəaliyyətini bundan sonra da davam etdirəcək".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































