Bakının şimal girişində tıxacın yaranmasına səbəb olacaq hər hansı hadisə baş verməyib.
Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Masazırdan "20 yanvar" körpüsünə qədər olan ərazidə tıxacın yaranmasına münasibət bildirərkən deyib.
"Tıxac böyük ehtimalla, nəqliyyat axını çox olduğundan yaranıb. Belə ki, hər hansı məhdudlaşdırma və ya hadisə olmayıb. Yolun təmiri isə əks istiqamətdə gedir və bu, şəhər istiqamətində tıxacın yaranmasına səbəb ola bilməz".
Qeyd edək ki, bu gün səhər saatlarında etibarən Bakı-Sumqayıt yolunda, paytaxtın girişində böyük tıxac yaranıb.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































