Azərbaycanın tanınmış musiqiçisi, ictimai xadimi, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış Həsən Dəmirçi (Həsən Azərbaycan) iyunun 24-də Təbrizin "Alinəsəb" Xəstəxanasında vəfat edib.
BiG.AZ report-a istinadən xəbər verir ki, o, bir aya yaxın idi koma vəziyyətində xəstəxanada müalicə olunurdu.
H.Azərbaycan iyunun 25-də Təbrizin "Vadi Rəhmət" məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub. O, şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona "Həsən Azərbaycan" ləqəbi verib.
H.Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.
H.Dəmirçi Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən "Muğam: öyrəncilər üçün" kitabın müəllifidir.
Allah rəhmət eləsin!

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































