Bu ilin sonunda Rusiyada həbsdə olan gürcüstanlı kriminal avtoritet Tariel Oniani azadlığa buraxılacaq.
Vaxtilə bu bölgədə tanınmış "qanuni oğru"lardan olan bu şəxsin sərbəst buraxılandan sonra yeni macəralara başlayacağı istisna olunmur.
Lakin bu xəbərimizdə onun özündən yox, gözəlliyi ilə Rusiya və dünya mətbuatının gündəminə düşən qızından - Qvantsa Onianidən bəhs edəcəyik. "Taro" ləqəbli avtoritetin qızı hazırda 25 yaşındadır. Gözəlliyi ilə seçilən Qvantsa lüks həyatı ilə də seçilir. Müxtəlif biznesmenlər tərəfindən təşkil olunan gecələrdə, toylarda, ad günlərində iştirak edən avtoritetin qızı Moskvada yaşayır. O, dünyanın müxtəlif ölkələrinə səyahətlər etsə də, ata vətəni Gürcüstanı da tez-tez ziyarət edir. Qvantsanın sevimli istirahət məkanı isə Yunanıstandakı Mikonos kurortu, Monako və Soçidir
Maraq üçün onu da qeyd edək ki, atası vaxtilə İspaniyada həbs olunmaq təhlükəsi ilə üz-üzə qalsa da, aradan çıxmağı bacarıb. 2005-ci ildə baş verən həmin hadisələr zamanı 12 yaşı olan Qvantsa ispanlar tərəfindən saxlanılıb. Gürcüstan hökuməti gənc qızın azadlığa çıxması üçün çox çalışsa da, ispanlar "Taro" təslim olmayana qədər qızını buraxmayacağını bildiriblər. Lakin atası təslim olmaq fikrində olmadığından, 4 günlük həbsdən sonra İspaniya Qvantsanı azadlığa buraxmaq məcburiyyətində qalıb. Məhz həmin olaydan sonra Onioni ailəsi İspaniyanı tərk etmiş, Gürcüstan vətəndaşlığından da imtina edərək, Rusiyaya üz tutmuşdu. Yeniçaq.az






Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































