Çində hüquq mühafizə orqanları, müşahidə kameralarında tətbiq edilən üztanıma sistemi indi də metroda istifadə edilə bilər. Metro istifadəçiləri üz tanıma sistemini bilet kimi istifadə edəcəklər.
Dünyanın ən çox metro istifadəçilərinə sahib şəhərlərdən biri olan Pekin bu üsul ilə sıxlığı nəzərəçarpacaq dərəcədə aradan qaldırmaq niyyətindədir.
Beləliklə sərnişinlərin stansiyalara buraxılmaları üçün artıq keçid vasitəsi əldə etməyə ehtiyac olmayacaq.
Onlar sima tanınması xidməti ilə heç bir problem və gecikmə yaşamadan metr stansiyalara daxil ola biləcəklər.
Yeni texnologiyaların tətbiqi ilə dünyaya səs salan Çin bundan əvvəl polis nəfərlərinə üztanıma funksiyası ilə eynəklər verib. Bu eynəklər polislərə axtarışda olan cinayətkarları ən tez bir zamanda aşkara çıxarmaq imkanı verir.
Qeyd edək ki, bundan əlavə Çin hökuməti bu dəfə üztanıma sistemini dərs sistemində istifadə etmək niyyətindədir. Belə ki, kameralar tərəfindən müşahidə olunan dərslərdə bu xidmət dərsə qulaq asmayan şagird və tələbələri ifşa edəcək.(Modern.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































