Şairə Nazilə Səfərli ilə aparıcı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal daha da böyüyüb.
Mediainfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, Nazilənin qardaşının keçmiş arvadı Pərvanə xanım "Səni axtarıram" verilişinə müraciət edərək qayınanasının və ərinin onun övladlarına baxmadığını, ev vermədiyini deyib. X.Hidayətqızı dəfələrlə verilişdə Naziləyə müraciət edərək, hər şeydə onu günahlandırıb.
N.Səfərli sosial şəbəkədə video paylaşaraq X.Hidayətqızını qınayıb:
"Xoşqədəm, sən kimsən? Məni ittiham edəcək insan sən deyilsən axı? Qardaşım arvad alıb, boşayıb, başqasını alıb, mənə nə. Ailədir, sabah mənim də ailəm dağıla bilər. Burada eyib nə var? Niyə sən hər işin altında Nazilə var deyə, müraciət edirsən?
Pərvanəyə lüks həyat vermək istədim, amma razılaşmadı. Dedi ki, gəl Xoşqədəmin yanına orada söz ver. Kimdir Xoşqədəm? Pərvanə uğursuz insandır, bundan sonra da ailə quracaq deyil. Hələ 4 aydı efirdə etdiklərindən sonra kim onu alacaq. O cür eqoist, axmaq xasiyətdə adamı kim alacaq? Biz idik axmaq onu aldıq.
Xoşqədəm, efirdə Nazilə deyə bağırma, get Pərvanəyə ağıl ver. Məni zorla intihara sövq etmə, canımdan bezdirmə. Başıma hansısa hadisə gəlsə, sən məsuliyyətlisən. Pərvanə də etsə, sənsən günahkar".
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































