Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Mediainfo.az saytına nazirlikdən verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıları əraziyə rayon sakini Şahin Arazov tərəfindən atıldığı məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə edilib. Qısa vaxt ərzində tullantıların ərazidən təmizlənməsi üçün Ş.Arazova icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































