Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq

Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq

"Beynəlxalq olimpiadalarda qalib olanlara dövlət ali məktəblərində istədikləri ixtisasda təhsil almaq imkanı yaradılacaq".

Bu sözləri millət vəkili İsa Həbibbəyli "Təhsil Haqqında" qanun layihəsinə dəyişiklikdən danışarkən deyib.

Onun sözlərinə görə, bu dəyişikliyin mahiyyəti həmin gənclərin xaricə axınının qarşısını almaqdır:

"Beynəlxalq olimpiadalarda ali məktəbə qəbul olanların əksəriyyəti yerli ali məktəblərə deyil, xarici universitetlərə üz tuturdular. Bunun səbəbi həmin şəxslərin yalnız müsabiqədən qalib olduqları sahələr üzrə müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi idi. Bu dəyişiklikdən sonra beynəlxalq olimpiadanın qalibləri olan şagirdlərimizə istənilən ixtisas üzrə müsabiqədənkənar təhsil almaq imkanı yaradılır. Respublika üzrə olimpiadaları həvəsləndirmək üçün onların ali məktəblərin qalib olduğu ixtisas üzrə müsabiqədənkənar ixtisas üzrə təhsil almasına imkan yaradılır. Bunların sayı çox deyil. Bu qanunu qəbul etməklə, həmin dəyərli gənclərin ölkədə təhsil almasına imkan yarada bilərik". (publika.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az