"İsa (İsa Həbibbəyli) müəllim siz ziyalı adamsınız. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, eyni zamanda AMEA-nın vitse-prezidentisiniz. Ancaq hazırda "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklər əhali arasında stress yaradır".
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, guya təhsillə, müəllimlərlə əlaqədar təhsil sistemində ciddi islahatlar aparılır.
"Tələb edirik ki, müəllimlər mütləq sertifikasiyadan keçməlidirlər. Hətta elmlər namizədləri, doktorları da imtahan verib sertifikasiya almalıdırlar.
Özü də 5 il müdətinə. 5 ildən sonra bu adam yenidən imtahan verməlidir axı. Həmin müəllim bu stressi yenidən yaşamalıdır. İslahat budur? Alimlər, müəllimlər arasında bu stress yaradırsa demək ki, islahat deyil. Ümumiyyətlə, sertifikasiya nə ilə əlaqədardır? Elmlər namizədi müdafiə edib bu adı alır, elmlər doktoru imtahan verib bu sertifikatı alıb. Bəs bu niyə yenidən imtahan verməlidir? Ümumiyyətcə "Təhsil haqqında" qanuna edilən dəyişikliklər başa düşülən deyil" (moderator.az)
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































