Mən kökünə, milli adət-ənənələrinə bağlı olan bir insanam. Çox təəssüflər olsun ki, son illər toylarımızda milli musiqilərimizin yerini əcnəbi, Avropa, Şərq musiqiləri tutub, iş o yerə gəlib çatıb ki, gəlin köçən qızlarımız şadlıq evinə, restorana "Vağzalı"nın deyil, başqa xalqların musiqisi, kilsə melodiyası altında daxil olur. Belə demək mümkünsə, bizdə "avropalaşma" gedir ki, bu da yolvrilməz və qəbulolunmazdır.
Bunu Oxu.Az-a açıqlamasında tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova deyib.
"Şəxsən mən özüm də çox istəyirəm ki, hər bir millət öz milli mədəniyyəti, öz adət-ənənələri, öz tarixi keçmişi ilə seçilsin, fəxr etsin, o cümlədən, biz özümüz də", - deyən Xalq artistinin sözlərinə görə, başqalarını yamsılamaq heç kimə başucalığı gətirmir və gətirə də bilməz.
"Eyni zamanda, toy hər bir ana-ananın, hər bir valideynin arzusudur. Onların hər birinin arzusudur, istəyidir ki, övladlarına toy etsinlər, onların şad günlərini görsünlər.
Amma bəzən valideynlər bu toy məsələsində çox ifrata varırlar. "Filankəns övladının toyunu belə etdi, mən də belə etməliyəm və ya ondan daha yaxşı, daha dəbdəbəli toy etməliyəm".
Yaxud, "mən belə etsəm, sabah deyəcəklər ki, ya pulu yox idi, ya xəsisliyindən belə etdi" və sair.
Dediyim kimi, toy qalır bir tərəfdə, valideynlər arasında bəhsəbəs "yarışması" gedir", - deyə N.Teymurova əlavə edib.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































