Bakıda qəribə restoran: kişiləri ora qadınsız buraxmırlar

Bakıda qəribə restoran: kişiləri ora qadınsız buraxmırlar

Bakının Xətai rayonunda yerləşən "Haybus" restoranı hər müştərini içəri buraxmır. Məsələn, cibində kifayət qədər pulu olan iki dost "Haybus" restoranına gedib yeyib-içə bilməz.

Mediainfo.az-ın verdiyi xəbərər görə, restoranın administratrı Vaqif İbrahimov Modern.az saytına açıqlamasında adıçəkilən iaşə obyektinin özəlliklərindən danışıb.

"Ünvanımız Xətai rayonunda Bazarstore mağazalar şəbəkəsinin yanında yerləşir. Qara şüşəli binanın 23-cü mərtəbəsindəyik.

Restoranımızda müştərilərə ancaq Avropa mətbəxi təqdim olunur. Əsas özəlliyimiz restorana kişilərin qadınsız buraxılmamasıdır. Belə deyək də, ailəvi restoran olaraq insanlara xidmət göstəririk. Həftənin 5 və 6-cı günləri müəyyən qonaqlar dəvət edirik. Həftənin birinci günündən başqa hər gün axşam saat 8-dən 10-na kimi canlı musiqi olur. Restoranımızda maraqlı kabinetlərimiz var. Təhlükəsizlik yüksək səviyyədə təşkil olunub".

Qiymətlərə gəlincə, Vaqif İbrahimov onların heç də yüksək olmadığını deyib.

"Restoranımızda müştərilərə təklif olunan qiymətlər normaldır. Müştərilərə təqdim olunan məhsullar tam ekoloji təmizdir. Məhsulları əsasən xaricdən sifariş edirik. Yerli məhsullara çox üstünlük verilmir. Hər halda Avropa mətbəxi bizim üçün maraqlıdır. Həmçinin, müştərilərə müxtəlif növ içkilər təqdim olunur".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az