Paleontoloqlar Çinin Yantszı çayı vadisində 550 milyon il yaşı olan qeyri-adi daşlaşmış izlər aşkar ediblər.
İzlər Yerin ilk çoxhüceyrəli heyvanının ətraflarına məxsusdur. Məqalə "Science Advances" jurnalında dərc edilib.
Genetik tədqiqatlar sübut edir ki, ağzı və sinir sistemi olan bütün mürəkkəb heyvanlar 700 milyon il əvvəl yaranıb. Bu günə qədər isə onların ancaq daşlaşmış qruntlar üzərində izləri tapılıb. Yantszı çayı vadisində isə iki ətrafı olan heyvanın izləri aşkar edilib.
Bu gün alimlər ehtimal edirlər ki, Yerdə həyat 3 milyard il əvvəl yaranıb. Amma 2.5 milyard il ərzində sadəcə təkhüceyrəli formada həyat olub. İlk çoxhüceyrəli heyvanlar 600-650 milyon il əvvəl yaranıb. Amma onlar barədə heç bir işarə qalmadığı üçün nəsə demək mümkün deyil.
Bu isə alimlərə iki ətrafı, mədəsi, inkişaf etmiş sinir sistemi olan heyvanların nə zaman yarandığı barədə fikir yürütməyə mane olur. Bəzi alimlər düşünür ki, bu heyvanlar Ediakar dövründə yaranıb. Bəziləri isə, sonradan, yəni "Kembri partlayışı" dövründə yarandığını ehtimal edirlər.(olke.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































