Azərbaycanlı həkim məşhur türk aparıcını xilas etdi

Azərbaycanlı həkim məşhur türk aparıcını xilas etdi

Türkiyənin məşhur "Bəli-Xeyr" verilişinin aparıcısı Erkan Yolaç nəvəsinin doğum günü ilə bağlı getdiyi ABŞ-da halı pisləşdiyindən tibbi müayinə üçün Nyu-Yorkdakı xəstəxanalardan birinə yerləşdirilib.

Mediainfo.az saytı teleqraf.com-a istinadən xəbər verir ki, ona sətəlcəm diaqnozu qoyulub. Xəstəxanada müalicəsi azərbaycanlı həkimin nəzarətində aparılır.

Erkanı müalicə edən şəxs İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin məzunu, azərbaycanlı Cavid Ələkbərlidir. Erkan Yolaçın həyat yoldaşı Asuman Yolaç xəstəxanada qarşılaşdıqları maraqlı təsadüf və azərbaycanlı həkim haqqında danışarkən deyib: "Burada ən çox sevindiyimiz məqam xəstəxanada azərbaycanlı qardaşımız Cavid Ələkbərli ilə tanışlımız oldu. O, Erkanın verilişlərini izləyib və onu yaxşı tanıyır. Cavid həkim onun müalicəsi ilə məşğul olacağını deyib. Həyat yoldaşım Erkan da onunla tez-tez zarafatlaşır və deyir ki, həmişə məni türk həkimlərinin müalicə etməsini istəmişəm. Hətta ABŞ-da belə bu qayda pozulmadı".

Erkan Yolaçın xəstəxanadan çıxacağı tarixin hələ dəqiqləşmədiyini bildirən Asuman Yolaç ən böyük arzularının iyunun 24-dək Vətənə qayıtmaq və vətəndaşlıq vəzifələrini yerinə yetirmək üçün Türkiyədə keçiriləcək seçkilərdə səs vermək olduğunu deyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az