Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Meşəçilik, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, Şərabçılıq, Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvabitkilər, Ekologiya, Baytarlıq və Əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. Azərbaycan Dövlət Aqrar Universitetindən Lent.az-a daxil olan məlumata görə, aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.
Universitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.
Bildirilib ki, prezident İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub. Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rəqabətli, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması dövlətimizin əsas prioritetlərindəndir.
Universitet abitiriyentlərə çağırış edərək aqrar təhsili seçmələrini, kənd təsərrüfatının tərəqqisinə öz töhfələrini vermələri xahiş olunub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































