Azərbaycanlı mühacir Hollandiyada kampda intihar edib.
Mediainfo.az-ın verdiyi xəbərər görə bu barədə AzEuroNews.com-a Hollandiyada deportasiya üçün nəzərdə tutulmuş kampda qalan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, Bakının Yasamal rayonu qeydiyyatında olan Fikrət adlı şəxs Azərbaycana deportasiya edilməmək üçün damarlarını doğrayıb.
Hadisə ötən gün gecə saatlarında baş verib. Polis həmvətənimizi Azərbaycana göndərmək üçün onun qaldığı kampa gəlib. Lakin o, getməmək üçün üstündəki ülgüclə damarlarını doğrayıb.
Xəstəxanaya çatdırılan həmvətənimizin həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda deyilir ki, o, bir müddət əvvəl Almaniyadan Hollandiyaya göndərilib. İlk sığınacaq istədiyi ölkə Almaniya olub və o, bura 2016-cı ildə gəlib.
Deportasiya kampında qalan azərbaycanlıların sözlərinə görə, onun cənazəsinin yaxın günlərdə Azərbaycana göndəriləcəyi gözlənilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































