Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Mediainfo.az saytının verdiyi xəbərə görə, reyd zamanı Xaçmaz rayonu Xudat şəhəri ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.
Faktla bağlı Xudat Mənzil İstismar Sahəsinin rəisi Bəxtiyar Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.
Tullantıların ərazidən daşınması məqsədilə qanun pozucusuna icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































