Ötən ay nikaha daxil olmaq üçün 15651 nəfər müayinə olunub.
Mediainfo.az saytının məlumatına görə, bu barədə lent.az-a Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
O bildirib ki, müayinə olunanlardan 428 nəfərdə talassemiya daşıyıcılığı, 23 nəfərdə sifilis, 14 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb. 4 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar olunub: "Bizdə əsas məqsəd talassemiyanın profilaktikasını aparmaqdır. Ümumilikdə indiyə qədər bizə 112 cütlük perinatal müayinə üçün müraciət edib. 69 nəfər hamilə qadında perinatal diaqnostika aparılıb. Həmin 69 hamilə qadında müayinə aparıldıqdan sonra 16 nəfər xəstə uşaq, 41 nəfər daşıyıcı, 12 nəfər sağlam döl aşkarlanıb. Son ildə isə 25 cütlükdə perinatal müayinə aparılıb. 5 döldə xəstəlik, 15 döldə daşıyıcılıq aşkarlanıb, 5 döl isə sağlam olub".
Z.Əlimirzəyeva qeyd edib ki, 2015-ci ildən indiyə qədər ümumilikdə 418 min 757 nəfər müayinə edilib. Onlardan 15692 nəfərində talassemiya daşıyıcılığı, 1438 nəfərdə sifilis, 345 nəfərdə QİÇS aşkarlanıb. 153 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı müəyyən olunub.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































