Bakının yeni Baş planı hazırdır. Bu planda 2035-ci ilədək inkişaf nəzərə alınıb. Bakının indidəyədək sayca beşinci baş planı olan layihədə ciddi tamamlama işləri görülüb. Prosesə beynəlxalq ekspertlər də qoşulub.
2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən "Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.
Bu barədə danışan komitənin aparat rəhbəri Anar Quliyev öncəki illərdən yarımçıq qalan məqamların yeni baş planda tamamlandığını bildirir.
Anar Quliyev hazırkı mərhələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Baş Plan" layihəsinin qiymətləndirilməsi və son illərdə reallaşdırılmış şəhərsalma layihələri ilə əlaqədar aktuallaşdırılmasının vacib olduğunu vurğulayıb. Baş planın mükəmməl olması üçün prosesə xeyli təcrübəli ekspert qrupları da cəlb olunub.
Onu da qeyd edək ki, "Böyük Bakının Regional İnkişaf Planı" və "Məxsusi Bakının ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb. Yeni Baş Plan - "Böyük Bakının Regional İnkişaf Planı" isə 2035-cu ilədək olan dövrü əhatə etməlidir. Bu sayca Bakının 5-ci baş planıdır.
BAKU.WS
Xezerxeber
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































