"Xəzərin çirklənməsində beş Xəzəryanı ölkənin payı var"
Mediainfo.az azvision.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.
Onun sözlərinə görə, Xəzər dənizini ən çox çirkləndirici axar Volqa çayıdır: "Xəzərdənizinin çirklənməsinin səbəbləri müxtəlifdir. Xəzərə istiqamətlənmiş su axarlarının gətirdiyi zərərli maddələr, istirahət edən insanların yaratdığı ekoloji yük onu çirkləndirir. İnsanlar istirahət qaydalarının tələblərinə riayət etməlidirlər".
Nazirlik rəsmisi deyib ki, Xəzər dənizi yalnız qeyd olunan mənbələrlə çirklənməyə məruz qalmır: "Xəzər dənizinə bu gün böyük sənaye potensiallı layihələr də təsir edir. Neft, karbohidrogen amili bu gün dənizin çirklənməsinə istər-istəməz təsir göstərir. Hər hansı blokun işlənilməsindən əvvəl orada müəyyən seysmoloji işlər və digər tədqiqatlar aparılır. Bütün bu işlər də Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərir".
M.Qəmbərov, həmçinin bildirib ki, Xəzərin sahil zolağının çirklənməsinin qarşısını almaq üçün dənizə istiqamətlənmiş su axarlarının tərkibindəki çirkləndirici maddələrin idarəolunması ilə bağlı tədbirlər görülür.
Nazirlik təmsilçisi əlavə edib ki, "Azərsu" ASC tərəfindən Bakı şəhərinin və ətraf ərazilərində Xəzər dənizinin sahil zolağında tam standartlara cavab verən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulmasını nəzərdə tutan geniş miqyaslı layihə işlənib, başa çatdırılır: "Bu layihənin icrası başa çatdıqdan sonra tullantı sularının cüzi hissəsi də dənizin üzünü görməyəcək. Bununla yanaşı, yağış sularının idarə olunması üçün kollektor sisteminin qurulması həmin layihənin tərkib hissəsidir".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































