Ermənistanda 2017-ci ildə təbii doğum göstəricisi psixoloji həddən çox aşağı olub.
Bu barədə Ermənistanın Əmək və sosial məsələlər nziri Vanik Babacanyan jurnalistlərə açıqlamasında bəyan edib. Onun sözlərinə görə, Ermənistanın demoqrafik inkişaf dinamikası son 2 ildə olduqca narahatedici və əlverişsizdir.
"Ötən ildə ölkədə doğulan uşaqların sayı bir qədər də azalaraq, 37,7 min nəfər olub. Ermənistandakı daimi əhali sayında mütəmadi azalmalar davam edir. 2017-ci ildə ölkənin əhalisinin sayı daha 13,2 nəfər azalıb. Bununla belə nikah göstəriciləri də ürəkaçan deyil. Ötən ildə nikahların sayında 1000 azalma müşahidə olunub, boşalmaların sayı isə əksinə artaraq, daha 290 boşanma qeydə alınıb".
BMT-nin Əhali Fondunun Ermənistandakı ofisinin icraçı nümayəndəsi Çovinar Arutyunyan isə bildirib ki, 2018-ci ildə də təbii artım göstəricilərində böyük azalma davam edib. Bu ilin ilk rübü ərzində Ermənistanda doğum sayı 300, əhalinin ümumi sayı isə 12 min nəfər azalıb.
Arutyunyanın sözlərinə görə, ölkədə təbii artım dinamikasının durmadan azalması ilə müşahidə olunan demoqrafik böhran hələ uzun illər davam edəcək. Yeni doğulanların sayı isə 2024-cü ilə qədər illik 25 min nəfərədək azalacaq. (azvision.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































