"Həbsdə olan elə qadınlar var ki, ailə problemləri olur, uşaqları ilə görüşə bilmirlər"
Bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, komitədə təkcə həbsdə olan qadınlar yox, eləcə də məhbus uşaqlarla bağlı müxtəlif tədbirlər həyata keçirilir, onlarla tez-tez görüşlər olur.
"Həbsdə olan qadınlar görüşdə bizə müraciət edir, komitəyə çoxlu sayda məktublar göndərirlər ki, onların sosial, eləcə də ailə problemlərinin nizamlanmasında yardım edək. Çalışırıq ki, qadınlar uşaqları ilə görüşə bilsinlər. Elə qadınlar var ki, ailədaxili münasibətlər zəminində cinayət törətdiyi üçün həbsdədir və həmin qadınlara olan münasibətlər fərqli olur".
Komitə rəsmisi qeyd edib ki, qadınları həbsdən çıxandan sonra qarşılaşacağı problemlərə hazırlamağa, onların məşğulluğunu təmin etməyə, peşə öyrənilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.
"Bundan başqa uşaq təcridxanalarında olan uşaqların problemlərin həlli istiqamətində eyni qaydada işlər görülür. Müxtəlif problemli insanlar var və onlarla münasibətlərin qurulması baxımından tədbirlər keçirilir". Azvision.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































