“Mənim üçün 100 dollardan mərcə girmişdi”

“Mənim üçün 100 dollardan mərcə girmişdi”

Türkiyəli müğənni Nükhet Duru qonaq olduğu verilişlərdən birində şəxsi həyatı haqqında açıqlamalar verib.

Mediainfo.az azadinform-a istinadən məlumat verir ki, müğənni birinci həyat yoldaşının onun üçün 100 dollardan mərcə girdiyini deyib:

"İlk həyat yoldaşım mənə oyuncaq avtomobildə gül göndərmişdi. Həmin vaxt başqa biri həqiqətən içi güllərlə dolu böyük yük maşınını evimə göndərmişdi. Dostları ona demişdi ki, boş yerə gözləmə sənə zəng etməz. O da 100 dollardan mərcə girmişdi ki, zəng edəcək. Mən də mərc söhbətini eşidəndə əsəbləşdim. Amma evlilik təklifini qəbul etdim. İşləməyimə icazə vermədi. Amma indi işləməyimə qarışmayan, məni motivasiya edə biləcək birinə ehtiyacım var. Özümə çox yaxşı baxıram. 7 kiloqram arıqlamışam".

Özəl həyatı ilə bağlı açıqlamalara davam edən müğənni ana və atası barədə də danışıb:

"Anam və atam mənim 11 yaşım olanda boşandılar. İntihar etmək istədim amma qonşular həyatımı xilas etdi".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az