2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil" stansiyası açılışa tam hazırdır.
Stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtü yenilənib. Hətta stansiyanın divarlarına reklam lövhələri də asılıb. Hazırda "Sahil"də təmirdən sonra təmizlik işləri görülür.
Xatırladaq ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir. Bu səbəbdən də stansiyadan çəkdiyimiz foto effektsizdir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a faktı təsdiqləsə də, stansiyanın açılacağı tarixi dəqiq deməyib.
Qeyd edək ki, stansiya təmirə bağlanarkən 1 iyul 2018-ci ildə yenidən sərnişinlərin ixtiyarına veriləcəyi açıqlanmışdı.
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































