“Azərbaycan dünyada dinlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilib”

“Azərbaycan dünyada dinlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilib”

Misir Ərəb Respublikası Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri professor Dr.Üsəmə əl-Abd Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Xalqınızın milli bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Misir parlamentinin dostluq qrupunun üzvləri adından və şəxsən öz adımdan Sizə səmimi qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuruq. Qardaş Azərbaycan xalqının istək və arzularını həyata keçirmək yolunda Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirik. Cənab Prezident, Sizin dost Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə uğurlu islahatların, həmçinin ölkənizdə və beynəlxalq müstəvidə səylərinizin Azərbaycanın beynəlxalq mövqeyini, birlik və müstəqilliyini gücləndirməsinin şahidiyik. Sizin Azərbaycanın milli, mədəni və dini plüralizm dəyərlərinə göstərdiyiniz ehtiram nəticəsində Azərbaycan regionda və dünyada dinlər və sivilizasiyalararası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir. Qardaş Azərbaycan xalqının mənafeyi naminə ölkənizin daha da inkişafı və tərəqqisi üçün Allahdan Sizə uğurlar diləyir, qardaş ölkənizə davamlı əmin-amanlıq və sülh arzumuzu çatdırırıq. Misir və Azərbaycan parlamentləri arasında ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün Allahın bizə yardımçı olmasını diləyirik. Nəcib şəxsinizə olan iftixar və hörmətimizi ifadə edərək, hər iki dövlətin müdrik rəhbərlərinin dövründə qardaş ölkələrimizə inkişaf və rifah arzulayırıq".Azadinform

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az