Sabah respublikamızın hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Mayın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində
Mayın 26-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) səhər saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi əlverişsiz hava şəraitinə səbəb olacaq. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) səhər saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi əlverişsiz hava şəraitinə səbəb olacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Mayın 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Xəbərdarlıq
Mayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































