"Təəssüf edirəm ki, bu gün bizim dövlətçiliyimizə zərər vurmaq istəyən şəxslər var. Vaxtilə əsərləri ilə özünü bizə tanıdan Rüstəm İbrahimbəyov bu gün əsərləri ilə özünə nifrət qazandırır".
Publika.az-ın məlumatına görə, bunu "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "İstiqlal düşüncələri. Cumhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimində Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyü" filminin çəkilməsinə münasibət bildirərkən deyib.
S.Vəliyeva R.İbrahimbəyovun bu əməlini xəyanət adlandırıb: "Bu dövlət bizimdirsə, ona əl qaldıranlara qarşı əlimizi qaldırmalıyıq. Bu xəyanətdir, buna başqa ad vermək olmaz. Dövlət mükafatı almaq istəyirsənsə, onu başqa yerdə ara. Biz belə insanları lənətləməliyik. Biz bəlkə Əkrəm Əylisliyə qarşı bir az yumşaq davrandıq deyə, o cəsarətləndi. Amma buna da cəsarət deyil, xəyanət demək olar. Bu dövlət Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu əmanət və yadigardır. Biz dövlətimizi qoruyaraq onu gələcək nəsillərə çatdırmalıyıq. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































