İyunun 18-də ailə quracaq "Keyxanım" adı ilə tanınan aktrisa Ülviyyə Əliyeva özəl günü barədə təəssüratlarını bölüşüb.
37 yaşlı aktrisa bildirib ki, toyu mediaya qapalı olacaq: "Hər zaman mediaya böyük hörmətim olub. Mənə dəstək olmusunuz. Amma toyumda çəkiliş olmayacaq. Artıq bunu ilk dəfə rəsmi olaraq açıqlayıram.
Yəqin ki, bir çoxları mənim bu şərtimi anlayışla qəbul edəcək. Çünki toyumuzda elə adamlar olacaq ki, onlar videoda və şəkillərdə yer almaqlarını istəmirlər.
Artıq toyumun hazırlıqlarına başlamışam, 5 dəqiqə belə boş vaxtım yoxdur. Allah hər bir subay insana toy nəsib etsin".(big.az)

İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































