Qarşıdakı yay mövsümündə havanın temperaturunun əvvəlki illərdəkindən daha yüksək olacağı, Azərbaycanda anomal istilərin müşahidə ediləcəyi bildirilir. Buna əsas kimi, mayın əvvəlində Rusiyanın mərkəzində may ayı üçün xarakterik olmayan 28-30 dərəcəyədək istilərin müşahidə edilməsi göstərilir.
Ekologiya və Təbii Sərvtlər Nazirliyinin (ESTN) Hidrometrolji proqnozlar bürosunun direktoru Gülşad Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, hazırda Azərbaycanda müşahidə edilən hava şəraiti may ayına uyğundur:
"Əvvəlki illərdə mayda Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti müşahidə edilib. Bu, rekord göstərici idi. Hazırda mayın üçüncü 10 günlüyündəyik, hələ ki, rekord göstəricilər qeydə alınmayıb. Temperatur paytaxtda 28-30, 32-33 dərəcəyədək müşahidə olunub. Ümumiyyətlə, bildiyiniz kimi, yayın ən isti günləri həmişə iyul, avqust aylarına təsadüf edib. Cənub-qərbdən hərəkət edən isti hava kütlələrinin təsiri, eləcə də hava şəraitinin sabitləşməsi, günəş şüalarının düşmə bucağının artması temperaturun yüksəlməsinə şərait yaradır.
Əvvəlki illərdə temperatur iyul, avqust aylarında paytaxtda 40-42, bölgələrdə , xüsusilə Naxçıvan Muxtar Respublikasında 46 dərəcəyədək yüksəlib".
Nazirlik rəsmisi bildirib ki, ilkin məlumatalara əsasən, bu il də 46 dərəcəyədək istilərin olacağı proqnozlaşdırılır:
"Xüsusilə iyul və avqust aylarında temperaturun yüksək olacağı gözlənilir".
Rekord göstəricilərə gəldikdə, G.Məmmədova bildirib ki, bunu indidən söyləmək mümkün deyil:
"Amma temperaturun yüksək olacağını proqnozlaşdırırıq".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































