Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb.
Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, son vaxtlar xüsusilə abituriyentlər arasında intihar hallarının baş verməsində mətbuat günahkardır.
"Məsələn, biri intihar edir, mətbuat isə bunu işıqlandırır, dayanmadan təbliğ edir. Bunu görən digər uğur qazanmayanlar da intihara meyllənir. Əvvəllər belə hallar gizli saxlanırdı, indi isə sanki açıq təbliğ olunur. Hesab edirəm ki, bu barədə ciddi düşünməliyik", - deyə o qeyd edib. (apa)
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































