"Son 10 ildə həm dünyada, həm də Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb".
Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən dinləmədə deyib.
Komitə sədri bildirib ki, bir valideynli ailədə böyüyən uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problem hər iki valideyni olan uşaqlarla müqayisədə çoxdur.
"Bu, onunla bağlıdır ki, bir valideyn olan ailələrdə uşaqlara diqqət yetərincə olmur. Həmin valideyn işləyir, uşağına o qədər də diqqət ayıra bilmir. Ailələrin boşanması digər fəsadlarla yanaşı uşaqların sağlamlığına da mənfi təsir göstərir. Həmin uşaqlar ya xəstə olurlar, ya da xəstəliklərinin sayı çox olur. Valideynlərin təhsil səviyyəsi də uşaqların sağlam böyüməsinə təsir edən faktorlardandır", - deyə komitə sədri qeyd edib. (azvision.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































