Dünyanın ən hündür zirvəsi sayılan Everesti fəth etməyə çalışan yapon alpinist Nobukazu Kuriki 8-ci cəhdində vəfat edib. O, son 9 ildə Everestə əlavə oksigendən istifadə etmədən və hava şəraitini nəzərə almadan çıxmağa dəfələrlə cəhd göstərib. 35 yaşlı alpinistin cəsədi 7400 metr hündürlükdə qurduğu çadırda tapılıb.
2012-ci ildə də Kuriki eyni hündürlükdə qeyri-uyğun hava şəraitində bir neçə gün keçirmişdi. Nəticədə isə onun 9 əl barmağını don vurmuş və onlar amputasiya edilmişdi. Bu hadisə də Kurikini qorxutmamış və o, 2015-ci ildə yenidən Everestin zirvəsinə çıxmağa başlamışdı. O, ölümündən bir gün əvvəl sosial şəbəkədə "Mən ağrını və bu dağa qalxmağın çətinliyini hiss edirəm" yazıb.
Yapon alpinistin cəsədi Nepalın paytaxtına aparılacaq.
Xatırladaq ki, bir neçə həftə əvvəl Everestə qalxmaq istəyən Çin vətəndaşı, bir neçə gün əvvəl isə Makedoniya vətəndaşı dünyasını dəyişib.
Qeyd edək ki, dünyanın ən hündür zirvəsi sayılan Everestin hündürlüyü 8848 metrdir(Qafqazinfo)
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































