"N" nömrəli hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mediainfo.az saytının MN Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət himni səsləndirilib.
Tədbiri açıq elan edən polkovnik Mehman Kərimov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verilərək bildirilib ki, Cümhuriyyətin, o cümlədən Azərbaycan Ordusunun 100 illik yubileyləri ölkəmizin hər bir guşəsində olduğu kimi Ordu sıralarında da geniş qeyd edilir. Bu gün müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varislik prinsipinə əsaslandığı və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu əsas götürərək dövlətçilik yolunda qətiyyətlə irəliləməsi xüsusi vurğulanıb.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artıq dünya dövlətləri arasında özünəməxsus yer tutduğunu, iqtisadi cəhətdən inkişaf etməkdə olan bir dövlətə çevrildiyini və bu gün respublikamızda dövlətçilik ənənələrinin ləyaqətlə qorunaraq gələcək nəsillərə ötürüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin geniş konsert proqramı ilə başa çatıb.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































