Azərbaycanın Xalq artisti, tanınmış estrada müğənnisi Mübariz Tağıyev "Aprel döyüşləri"nin 2-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirakdan imtina edib.
Bakıdakı Beynəlxalq Muğam Mərkəzində "Aprel döyüşləri"nin 2-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Mübariz Tağıyev vətənpərvərlik mövzusunda olan "Ulu torpaq" mahnısını ifa etmək üçün dəvət olunub.
Lakin Xalq artisti ona ünvanlanan dəvəti rədd edib. Mübariz Tağıyev "konsertə hazırlaşıram" deyərək, "Aprel döyüşləri" ilə bağlı tədbirdə iştiraka qatılmayıb.
Modern.az məsələni dəqiqləşdirmək üçün Mübariz Tağıyevlə əlaqə saxlayıb.
Xalq artisti faktı inkar etməyib.
"Tədbirdə iştirak etməməyimin səbəbi Heydər Əliyev Sarayında olan 70 illik yubileyimlə bağlı konsertə hazırlıq idi. 3 saat yarımlıq konsert idi. Mən səhərdən axşama qədər məşqdə olurdum. Ona görə dedim ki, üzürlü sayın, iştirak edə bilməyəcəm. Mən bunu demişəm. Həqiqət budur".
Hamının vətənpərvərlik mövzusunda mahnıların ifaçısı kimi tanıdığı Mübariz Tağıyevin "Aprel döyüşləri" ilə bağlı tədbirdə iştirakdan imtinasını təşkilatçılar təəssüflə qarşılayıblar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































