"Kütləvi şəkildə müəllimlər yerli təhsil idarəçilərindən, məktəb rəhbərlərindən şikayətlənir. Bunu xüsusən təhsil qruplarında və müəllimlərin statuslarında açıq-aydın görə bilərsiz. Mən hələ gizlədilən şikayətləri demirəm".
AzEdu.az xəbər verir ki, bunu Lənkəran rayonu Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə bildirib.
O, rayon məktəblərində müəllimlərə edilən təzyiqlərdən danışaraq bunları qeyd edib: "Vəziyyət yaxşı deyil. O bəh-bəhlə, həvəslə sizlərə tanıtdığımız işini görmək istəyən gənc müəllimlər də direktorlardan, onların münasibətlərindən beziblər. Qarşıdan müəllimlərin işə qəbul imtahanı gəlir. İnsanlar min bir ümidlə işə başlayır. Sonra isə bezirlər. İnsanlara boş ümidlər vermək doğru deyil.
Müəllim sosial vəziyyətinə baxmayaraq faydalı işlər görmək istəyir, amma məktəb rəhbərləri onlara dəstək əvəzinə mane olur, pul tələb edir, problem yaradırlar. Ümid edirəm bununla bağlı kompleks tədbirlər görüləcək. Yoxsa hər hansı bir fərdi problemi həll etmək hələ uğurlu təhsil islahatı demək deyil".
Xatırladaq ki, dünən Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev sosial şəbəkədə paylaşım edərək Rayonun Təhsil Şöbəsinin və məktəbin direktorunun ona qarşı edilən haqsızlıqlara cavab olaraq dərsləri boykot etmişdi.
Lənkəran rayonu Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































