Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Medaiainfo.az saytının verdiyi xəbərə görə, reyd zamanı Qəbələ rayonu Vəndam qəsəbə bələdiyyəsi ərazisində məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Faktla bağlı Vəndam qəsəbə bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































