13 may 2018-ci il tarixində "Tom və Cerri" uşaq əyləncə mərkəzində "Fenomen" kişi və uşaq gözəllik salonunun rəhbəri By. Burhanın fenomen saç yarışmasının final gecəsini keçirildi.
Mediainfo.az saytının verdiyi xəbərə görə, tədbiri bəstəkar-müğənni Arif Səlimov və kiçik yaşlı Bəxtiyar Hacıyev aparırdı. Tədbirin açılışı Azərbaycan Dövlət Himninin sədaları altında oldu. Tədbirin təşkilatçısı stilist By. Burhan tədbirə qatılan iştirakçılara və qonaqlara, "Tom və Cerri" uşaq əyləncə mərkəzinin rəhbərliyinə və Arif Səlimova təşəkkürünü bildirərək tədbir iştirakçılarına yarışma barəsində məlumat verdi. Sonra özünün və tələbələrinin 50-ə yaxın Azərbaycan balalarının saç düzümünün rəsmilərini insaqram sosial şəbəkəsində yerləşdirdi. Yarışma boyu ən çox səs toplayan finalistlər 1-ci, 2-ci və 3-cü yerə sahib oldular. 3-cü yeri 4812 səslə Hüseyn Abidzadə, 2-ci yeri 5587 səslə Sadiq Əliyev və nəhayət 1-ci yeri 7372 səslə Rza Əliyev tutdular. Qaliblərə Qafqaz-Media İctimai Birliyi tərəfindən diplomlar təqdim olundu. Sonra isə hər 3 qalibə bəstəkar-müğənni Arif Səlimov tərəfindən "Jasmin" gül salonu adından gül dəstələri verildi.

Eyni zamanda "R. İ" butik mağazası adından İlhamə xanım tərəfindən qaliblərə 50 azn həcmində kupon hədiyyə olundu. Bundan əlavə "T. S" moda evinin rəhbəri Səidə xanım 1-ci yerin qalibi Rza Əliyevə təmənnasız pencək tikməyi söz verdi. Tədbirdə Leyla adlı balanın doğum gününün tortu kəsildi. Tədbirdə gənc müğənnilərdən Lamiyə Abdullayeva, Elmira Hüseynova, Rəvan Cəfərli, Ramil Əzimov və Arif Səlimov bir-birindən gözəl nəğmələri ilə çıxış etdilər. Yarış iştirakçısı olan balaca Amin Quliyevin müğənni Rəvan Cəfərli ilə duet oxuduqları mahnı alqışlarla qarşılandı.
İsa Rəvan
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































