Mayın 12-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində Bakı Mühəndislik Universitetinin (BMU) riyaziyyat və informatika kafedrasının riyaziyyat müəllimi Bəhman Məmmədovun "İdeal müəllim" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda Azərbaycanın tanınmış ziyalıları, ictimai xadimlər, jurnalistlər, Bakı Mühəndislik Universitetinin prorektor və müəllimləri, tələbələr iştirak ediblər.
Kitaba Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və professor Azadxan Adıgözəlov rəy veriblər.
Təqdimat mərasimində çıxış edən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, "İdeal müəllim" nəşri gənc müəllimlərin stolüstü kitabı olmalıdır. Çünki burada müəllimin şagirdlərlə necə davranması, hansı prinsiplər əsasında münasibətlər qurması, ümumiyyətlə, tədris prosesinə necə yanaşması məsələləri öz əksini tapıb.
Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov deyib ki, yeni savadlı, tərbiyəli gənc nəslin yetişdirilməsində bu kitab əhəmiyyətli rol oynaya bilər.
BMU-nun digər prorektoru Elçin Süleymanov "İdeal müəllim" kitabının məziyyətlərindən danışaraq, savadlı və intellektual gənc nəslin yetişməsində müəllimlərin üzərinə düşən məsuliyyətdən söz açıb.
Çıxış edən digər tədbir iştirakçıları da kitabla və müəlliflə bağlı xoş fikirlərini ifadə ediblər.
Kitabın müəllifi Bəhman Məmmədov "İdeal müəllim"in təhsil ictimaiyyəti tərəfindən də maraqla qarşılanacağına ümidvar olduğunu deyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































