Portuqaliyanın paytaxtı Lissabonda "Avrovision-2018" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə birinci çıxaraq "X my heart" mahnısını ifa edib. Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib. Bu isə böyük biabırçılıq hesab edilə bilər. Çünki Azərbaycan bu günə kimi iştirak etdiyi "Avrovizion" yarışlarında həmişə ilk 8-likdə yer alıb. Əslində bu gözlənilən idi. Çünki hələ yarış ərəfəsində mütəxəssislər Ayselin mahnısının zəif olduğunu vurğulayırdılar. Açığını deyək ki, son illərdə ölkəmizin "Avrovizion" yarışlarında iştirakına dirnaqarası, əhəmiyyətsiz bir iş kimi baxırdılar. Xüsusi ilə İctimai televiziyada rəhbər dəyişikliyindən sonra "Avrovizion" yarışlarına seçim özbaşına buraxılmışdı. Bu da yarışlara təsadüfi daha dəqiq desək, kimlərinsə adamının göndərildiyi barədə şoxsaylı ehtimalların və şübhələrin əmələ gəlməsinə səbəb olmuşdu. Ayselin belə biabırçı şəkildə zəif çıxışı də bu şübhəlıərin əsassız olmadığını ehtimal etməyə imkan verir. Əlbəttə Ayselin belə zəif biabırçı çıxışına görə onu oraya göndərən təşkilatçılar məsuliyyət daşıyırlar və onlar da buna görə cavab verməli, layiq olduqları cəzanə almalıdırlar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































