Bakıda qaz qarışıqlarının miqdarı normadan üç dəfə çoxdur. Bu isə həyəcan siqnalı deməkdir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri Oxu.az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov deyib.
Bir neçə gün əvvəl Bakının bir neçə rayonunda həddindən artıq ağır hava müşahidə edilib. Şəhər əhalisi ürək bulanmasından və baş ağrısından şikayətlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bir neçə rayonunda müşahidə edilən qəribə qoxu ilə bağlı monitorinqlər aparıb.
Araşdırmaların nəticələrinə əsasən, atmosferdə qazın miqdarı sanitar normanı üç dəfə üstələdiyi məlum olub.
T.Zeynalovun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, havanın çirklənməsi səbəbindən hər il yeddi milyon insan həlak olur.
O qeyd edib ki, hazırda havanın monitorinqini aparan stansiya şəhərin yalnız bir neçə yerindən götürülmüş nümunələr əsasında ümumi indeksi hazırlayır. Monitorinq sistemləri real vaxtda çirklənmə mənbəyini müəyyən edə bilmir.
Ekoloq qəribə qoxu hiss edən paytaxt sakinlərinə tibbi maskalardan istifadə etməyi məsləhət görüb
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































