Əməkdar artist Lalə Məmmədova son zamanlar həyatında baş verənlərdən danışıb.
Mediainfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni "Xəzər maqazin"ə müsahibə verib. Şəxsi həyatında bir sıra çətinliklər yaşayan Məmmədova hisslərini izləyicilərlə bölüşüb.
"Güclü qadın yoxdur. Sıfırdan başlamağı bacarmalısan. Qadın özünü itirmədən, sındırmadan, əyilmədən həyatında baş verən hansısa dönəmdə sıfırdan başlamağı bacarırsa və uğurlu işlərə imza atırsa, o zaman güclü qadın sayılır. Qadın kişi ilə, kişi də qadınla birləşəndə güclü olur. Hələ ki, övladlarımı ayağa qaldırmağı düşünürəm".
40 yaşlı L.Məmmədova evlilik təklifi aldığını etiraf edib:
"Evlilik təklifləri çoxdur, dostluq etmək istəyənlər də var. Hərtərəfli görürəm ki, mənə qarşı çoxdur diqqət. Amma biz sənət adamları tanındıqca tənhalaşırıq".
Qeyd edək ki, L.Məmmədova ailəli olub, iki övladı var. Sənətçi bir neçə il əvvəl ərindən boşanıb.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































