Ədəbiyyat üzrə Nobel mükafatı bu il verilməyə bilər. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə İsveç Akademiyasının son qərarı bu gün açıqlanacaq.
Səbəb isə Akademiyanın bir üzvünün həyat yoldaşının cinsi zorakılıqda və məlumat ötürməkdə ittiham olunmasıdır.
Akademiya üzvlərindən şair Katarina Frostensonun həyat yoldaşı fransız fotoqraf Jan-Klod Arnault 18 qadına cinsi zorakılıq etməkdə ittiham olunur. Bundan başqa Arnaultun 6 mükafat qalibinin adı açıqlanmamışdan qabaq, onları kənara ötürdüyü iddia edilir.

Bu qalmaqaldan sonra 6 akademiya üzvü istefa edib. Onlardan biri də Peter Enqluddur. O deyib: "Akademiyanın hazırda yaşadığı qalmaqala görə mükafatın təqdim edilməsini bir il ertələmək daha yaxşı olardı."
İstefalardan sonra Frostenson da daxil 18 üzvdən 7-i işdən kənarlaşdırılıb. Akademiyanın 18 üzvü ömür boyu bu vəzifəyə gətirilir və istefa verə bilmir. Ancaq kim istəyirsə iclaslara qatılmaya bilər. Akademiyaya yeni üzv seçilməsi üçün isə 12 üzvün səsi lazımdır. İsveç kralı 16-cı Qustav Akademiyanın varlığını davam etdirməsi üçün üzvlərin istefa verməsi və yerlərinə başqalarının gətirilməsinin mümkün edəcək dəyişikləri həyata keçirməyi qərara almışdı.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































