"Mən o insanlara, hansılar ki, uzun illər Azərbaycan dövləti haqda nifrətlə yazır və ona qarşı çıxırlar, müraciət edirəm. Siz indi öz maskalarınızı dəyişib gizlənməyə çalışırsınız, amma biz sizin çirkab və nifrətlə dolu mahiyyətinizə bələdik. O kişilərin, hansılar ki, uzun illər boyunca dövlətə xidmət edib və onu qoruyublar, ünvanına ağzınıza gələni danışmayın".
Milli Məclisin sabiq deputatı, Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun yaydığı xüsusi bəyanatda belə deyilir.
Aydın Abbasov bu bəyanatla hökumətə yaxın bəzi KİV-lərdə başda Orduxan Teymurxan olmaqla mühacir müxalifəti fəallarının Abbas Abbasov tərəfindən maliyyələşdirməsi haqda yayılan informasiyaya cavab olaraq çıxış edib.
"Təhrikçilər və böhtançılar həmişə olub və gələcəkdə də olacaq, onlara zaman özü cavab verəcək. Biz isə millətə, dövlətə və Prezident İlham Əliyevə xidmət etməyə davam edəcəyik. Və kim ki, sizə belə məqalələri sifariş edir, qoy öz fikirlərini nizama salsınlar və mənəvi sima əldə etsinlər. Bu, atam haqqında böhtan və yanlış məqalələrə mənim qısa cavabımdır. Ümid edirəm ki, mən öz fikirlərimi əxlaq çərçivəsində çatdıra bildim", - deyə bəyanatın mətnində vurğulanır.(virtualaz.org)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































