2018-ci ilin aprel ayında Gürcüstana ən çox Azərbaycan, Rusiya və Türkiyədən olan turistlər səfər edib.
"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze mətbuat konfransında bildirib.
Gürcüstana aprel ayında, ümumilikdə, 596,7 min əcnəbi səfər edib və bu rəqəm ötən ilin analoji göstəricisindən, demək olar ki, 17% çoxdur. Onlardan 278 mini (+24,9%) turist olub.
Apreldə ən çox Azərbaycandan (+10,4%), Rusiyadan (+43,4%), Türkiyədən (+29,2%), Ermənistandan (-6,9%) və İrandan (+98,5%) səfərlər olub.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































