Prezidentin sərəncamları ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənəndən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısız qalıb. Prezident lham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunanandək mer vəzifəsinin səlahiyyətilərini müavin Fidumə Hüseynova icra edir.
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov bir müddət əvvəl - 20 iyul 2017-ci ildə vəfat edib və bu günə kimi onun yerinə təyinat olmayıb.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır.
Merin kimliyi isə hamının marağını özünə cəlb edib. Əksəriyyət bu postda görmək istədiyi şəxslərin adını sadalamaqla fərqli müzakirələr açır.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Modern.az-a açıqlamasında hələlik qurumun da gözləmə mövqeyində olduğunu vurğulayıb:
"Bütün diqqətimiz cənab Prezidentə yönəlib. Onun imzalayacağı sərəncamı gözləyirik. Bizdə yeni başçının kim olacağına dair hər hansı təsəvvür yoxdur. Hər halda, yeni merimizin kimliyini hamımız birlikdə biləcəyik".
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































