Şeir yazan qadın

Şeir yazan qadın

Gənc yazar-şairə, psixopedaqoq Bənövşə Mahmudqızının 28.04.2018 - ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində " Bənövşə Mahmudqızı ilə Görüş " adlı tədbiri həyata keçirilib. Tədbirdə Bənövşə xanımın rəhbəri olduğu " MahmudQızı " brendi haqqında ümumi məlumat verilib. Qeyd edək ki, " MahmudQızı " brendinin əsas mövzusu kişi, qadın və uşaq çantaları üzərində rəsmlərin çəkilərək satışını təşkil edir. Həmçinin, bir şairə olaraq, tədbirə gələn qonaqlar Bənövşə Mahmudqızının qiraətində şeirlərini dinləyiblər.

Digər tədbirlərdə olduğu kimi bu tədbirdə də Bənövşə Mahmudqızını gitarist - vokalist Eren Mumcu öz ifaları ilə müşayiət etdi. Tədbirdə Bənövşə xanım həvəskar olaraq, şeir yazan balaca Aynur İbadzadənin şeirlərini də qonaqlara təqdim etməsinə şərait yaratdı. Tədbirin digər balaca qonağı isə Gülarə Bayramova idi. O isə Bənövşə Mahmudqızının şeirlərindən olan " Ata " şeirini qiraət etdi. Beləliklə, şeir yazmağa uşaqlıqdan başlamış Bənövşə Mahmudqızı " Bənövşəyi Hislər " Şeir gecəsi, " Birinci addım " Şeir konserti, " Şeir Yazan Qadın " Şeir konsertinlərinin sırasına digər bir uğurlu tədbir də qatmış oldu.

Bənövşə Mahmudqızına yaradıcılığında və işlərində uğurlar diləyirik.

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az