Bakıda bazarlarda təhlükəli yağlar satışdadır - Şok araşdırma (VİDEO)

Bakıda bazarlarda təhlükəli yağlar satışdadır - Şok araşdırma (VİDEO)

Space Tv-nin efirində yayımlanan "Olar? Olmaz!" verilişində bu dəfə də ölkədə satılan yağlarla bağlı proqram tamaşaçılara təqdim edilib.

Teleaparıcı Amil Xəlil ölkədə satılan yağların təhlükəsindən və təbii yağları saxta yağlardan ayırmağın yollarından danışıb. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov da açıqlama verərək dəhşətli faktların üstünü açıb.

Onun sözlərinə görə, hazırda bazarda kifayət qədər saxta və insan səhhəti üçün təhlükəli hesab edilən yağlar satılmaqdadır. Alıcların bu məsələdə diqqətli olması xüsusi olaraq qeyd edilib. Daha sonra teleaparıcı Amil Xəlil marketlərə üz tutub. Təbii yağları sadə üsulla saxta və keyfiyyətsiz yağlardan ayırmağın yollarını tamaşaçılara əyani olaraq göstərib.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55-də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Bu axşam daha bir maraqlı mövzu tamaşaçıları gözləyir. Mütləq izləyin.

BAKU.WS

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az