Texasda yaşayan Lauren Perkins adlı qadının başına maraqlı hadisə gəlib.
Uzun illər ana olmaq üçün müalicə alan qadın bir gün hamilə olduğunu eşidir.
Bir neçə aylıq hamilə Lauren ultrasəs müayinəsinə gedir və eşitdiklərindən şoka düşür. Həkim ona 6 uşağının olacağını və seçim etməli olduğunu deyir.
Perkins ya 6 uşağı da dünyaya gətirməli, ya da onlardan bir neçəsini tələf etməli idi. Əri Devidlə məsləhətləşən Lauren onların hamısını dünyaya gətirmək qərarı verir.
Amma həkimlər qabaqcadan anaya uşaqlar doğulduqdan sonra da ölmə ehtimallarının çox olduğunu desə də, Lauren hamiləliyinin 30 həftəsində keysəriyyə yolu ilə övladlarını dünyaya gətirir. 6 uşağın hamısı sağlam doğulan valideynlər xoşbəxt olduqlarını bildiriblər.
Onlar uşaqlarına Endryu, Benjamin, Karolin, Li, Allison və Levi adı veriblər.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































