Bütün qanunlarda, hətta orfoqrafiya lüğətində də gerb sözü səhv yazılır.
Bu sözləri millət vəkili Rəfael Hüseynov Milli Məclisdə "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, söz əslində gerb yox, herb olmalıdır:
"Hər dəfə bu məsələni gündəmə gətirirəm. Herb polyak sözüdür, dilimizə rus dilindən keçib. Biz əcnəbi sözləri dilimizə qəbul edəndə orijinalda olduğu kimi veririk. Lakin yeganə sözdür ki, bu sözü olduğu kimi qəbul etməmişik. Başqa dilin orfoepiya normasını orfoqrafiya norması kimi qəbul etməməliyik".
Millət vəkili himnin sözlərinin də dəyişdirildiyini deyib.
"Himndə "hüququnu dərk edən əsgər, hərə bir qəhrəman oldu" ifadəsi dəyişdirilib, "hüququndan keçən əsgər" kimi verilib. Bu, məntiqsizlikdir və biz bu gün oxuyuruq. Hesab edirəm ki, herb və himnimizə yenidən baxmalıyıq". Kult.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































