Maddi dəstək alacaq din xadimlərinin siyahısı artıq dəqiqləşib.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, siyahıya uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi və məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər onlar üçün açılan bank hesablarından ödənişlərini ala biləcəklər.
M.Qurbanlı qeyd edib ki, vəsait fevral ayının sonundan ayrıldığından mart ayı ilə birgə hesablanaraq din xadimlərinə ödəniləcək:
"Bakı və Bakıətrafı qəsəbələrdə çalışan din xadimlərinin siyahıları tam hazırdır. Naxçıvan Muxtar Respublikası da siyahıları təqdim edib. Yaxın günlərdə maddi dəstək ödənilməyə başlanılacaq".
Komitə sədri əlavə edib ki, siyahıda ümumilikdə 1000-dən çox din xadimlərinin adı var:
"İmamlar 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq".
Mübariz Qurbanlının sözlərinə görə, Naxçıvanda çalışan 200-ə yaxın din xadimi də maddi dəstək alacaq.(axar.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































