Norveçli yazar Erika Fatland özünün "Sərhəd" kitabı üçün Rusiyanı əhatə edən ölkələrə səfər edib.
Kult.az xəbər verir ki, 14 ölkədə olan Fatlandın səyahəti 259 gün davam edib. O, Şimali Koreya, Çin, Azərbaycan, Gürcüstan, Litva və s. ölkələri gəzib.
Fatland Çindən başqa Rusiya ilə qonşu ölkələrin hamısının Rusiyaya böyük qardaş kimi yanaşdığını bildirib. Fatland bu ölkələrin Rusiyanın özlərindən böyük və güclü olmasını dərk etdiklərini, buna görə də ona böyük qardaş kimi yanaşdıqlarını vurğulayıb:
"Məncə, Rusiyanın gələcəyi tarixdə özünə yer edib. Çoxlu sayda imperiyalar olub və onların hamısı süqut edib. Rusiya böyükdür və burada çoxsaylı fərqli xalqlar yaşayır. Dövlətin iqtisadiyyatı zəif, fəaliyyəti isə böyük korrupsiya ucbatından qeyri-effektivdir. Məncə, Rusiya dağılana qədər genişlənəcək. Bunun nə zaman olacağını deyə bilmərəm, amma 100 il sonra Rusiyanın sərhədləri indiki kimi olmayacaq. Rusiya sərhədləri kiçiləcək.
Rusiya bir zamanlar özünün olan əraziləri həmişə geri almağa cəhd edəcək. Rusların şüurunda Qazaxıstan və Belarus hələ də Rusiya ərazisidir".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































